Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bəzi ölkələr Türkiyənin Aİ-yə üzvlüyünə maneələr yaradır” –

User 13 İyun 2024 - 21:34 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan

Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması prosesi ayrı-ayrı Avropa ölkələri tərəfindən yaradılan maneələr səbəbindən uzanır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Madriddə Türkiyə-İspaniya biznes forumunun iştirakçılarına müraciət edərək bildirib.

Dövlət başçısı Aİ-də tamhüquqlu üzvlük layihəsinin həyata keçirilməsində ölkəsinin qətiyyətini vurğulayıb.

“Təəssüf ki, Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı səmimi addımları Ankaranın birliyə daxil olmasının faydalarını dərk etməyən bir sıra ölkələrin müqaviməti ilə üzləşir”, – deyə Türkiyə lideri bildirib. Ərdoğan qeyd edib ki, Avropa Parlamentinə seçkilərin nəticələri və Avropada sağçı siyasətçilərin mövqelərinin güclənməsi Türkiyənin Aİ-yə tezliklə daxilolma perspektivləri məsələsində nikbinlik yaratmır.

“Təəssüf ki, Türkiyə-Avropa İttifaqı gömrük sazişinin yenilənməsi ilə bağlı danışıqlar hətta başlamayıb. Eyni zamanda, türk iş adamlarına qarşı sərt viza tələbləri saxlanılır. Bütün bunlar Türkiyə ilə Aİ arasındakı münasibətlərin iqtisadi və ticarət potensialının tam açılmasına imkan vermir”, – deyə siyasətçi qeyd edib.

Eyni zamanda o, Ankaranın Aİ-yə daxil olması ilə bağlı ərizəsinə səmimi dəstəyinə görə İspaniyanın Baş naziri Pedro Sançesa minnətdarlığını bildirib.

Kahramanmaraş vilayətində keçənilki dağıdıcı zəlzələlərin nəticələrinə baxmayaraq, Türkiyə iqtisadiyyatının inkişaf etdiyini söyləyən Ərdoğan deyib: “2023-cü ilin yekunlarına görə, Türkiyə məhsullarının ixracı 255,4 milyard dollara, xidmət ixracı isə 101,7 milyard dollara çatıb. İqtisadiyyatımız 4,5 faiz artıb, Türkiyənin ÜDM-nin həcmi isə tarixdə ilk dəfə olaraq 1,1 trilyon dollar həddini aşıb”.

Türkiyə Prezidenti əlavə edib ki, cari ilin birinci rübünün yekunlarına görə Türkiyə ÜDM-nin artımı 5,7 faiz təşkil edib.

Post navigation

Previous: Bu il ölkə üzrə 102 min 120 nəfər orta məktəbi bitirir
Next: Naxçıvandakı mövqelərimiz yenə atəşə tutulub

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35

xƏBƏR

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İsrail parlamenti Knessetə keçirilən seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Lakin partiyalar arasında mandat bölgüsü dəyişməkdə davam...
Read more about İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.