Bəhreyn İsraillə sülh müqaviləsi imzalayacaq

Bəhreyn sentyabrın 15-də BƏƏ ilə eyni vaxtda İsraillə sülh müqaviləsi imzalayacaq.

 “RİA Novosti” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner deyib.

“Çərşənbə axşamı Ağ Evdə bir imza mərasimi keçirəcəyik. Ehtimal olunurdu ki, mərasim İsraillə BƏƏ arasında olacaq, ancaq Bəhreynin xarici işlər nazirinin də imzalama mərasiminə qatılması onun əhəmiyyətini artırır. Bu, çox nadir haldır… Bir gündə iki sülh müqaviləsi. Bu, bölgədə sülh, sabitlik və əlaqə yaradılması istiqamətində irəliləyiş olduğunu göstərir”, – deyə Kuşner jurnalistlərə bildirib.

“Razılaşmanın təfərrüatlarına gəlincə, İsraillə Bəhreyn arasında elə də çox əlaqə olmayıb. Liderlər səviyyəsində bir sıçrayış edə bildik və indi insanlar bir-birlərini tanımaq, müzakirəyə başlamaq üçün masa arxasına əyləşəcəklər. Onlar bu fürsəti səbirsizliklə gözləyirlər”, – deyə ABŞ prezidentinin müşaviri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən sentyabrın 14-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub