Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsi Şamaxıda davam etdirildi

User 18 Avqust 2025 - 08:15 (Last updated: 18 Avqust 2025 - 19:26)
be06

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəsinin növbəti tədbiri 2025-ci il 15 avqust tarixində Şamaxı rayonu Şamaxı Yaradıcılıq Mərkəzində keçirildi.

QHT.az xəbər verirki, tədbirdə 19 nəfər iştirak etdi. İştirakçılar əsasən Şamaxı rayon bələdiyyə nümayəndələrindən ibarət idi.

Təlimi Cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Layihənin 2-ci mərhələsi tədbirin 1-ci mərhələsinin qısa xülasəsi – iştirakçıların iştirakı ilə başladı. Daha sonra 1-ci mərhələnin sonunda ev tapşırıqlarının təqdimatı ilə davam etdi. Təqdim olunan 4 layihə iştirakçı qrup tərəfindən müsbət qarşılandı.

Təlimçi Əntiqə Qurbanova aşağıdakı mövzularla bağlı geniş məlumat verdi:

  • sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;
  • insan haqlarının, xüsusən də qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə köməklik edə biləcəkləri).

Sonra iştirakçılar geniş müzakirələr apardılar və bu sahədə öz təcrübələrini paylaşdılar. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığının qurbanlarına necə kömək edə biləcəkləri barədə də məlumat verildi.

Qeyd olundu ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixi, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Təlimin davamında “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” mövzusunda kiçik qruplarda iş aparıldı. İştirakçılar 4 qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu.

Təlimçi izah etdi: “Hər qrupun üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq, onları öz ideyalarına necə inandıracaq və ideyalarını necə təqdim edəcəklər?”

Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, eləcə də sahibkar və ya fond rəhbəri birgə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

AzPost.az

Post navigation

Previous: “Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər” –
Next: Paşinyan Erməni Apostol Kilsəsindən üzr istəyib

Oxşar xəbərlər

surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 20 Noyabr 2026 - 13:10

xƏBƏR

surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
Son günlər yağan intensiv yağışlar nəticəsində Badamdar–20-ci sahədə sürüşmə prosesi yenidən aktivləşib, ərazidə ciddi deformasiyalar və dağıntılar...
Read more about “Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış
Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.