Bərbad ot örtüyünə görə “Qarabağ” – “Bazel” oyununun yeri dəyişdirildi

“Qarabağ” – “Bazel” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.

Konfrans Liqasının qrup mərhələsinin I turunun matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq. Sentyabrın 16-dakı matç saat 20:45-də başlayacaq.

Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sehrbaz deyiləm, əlimizdə olan oyunçular bunlardır…” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi