Bəşər Əsədə “Sputnik V” peyvəndi vurulub

Suriya Prezidenti Bəşər Əsəd yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Haddad bildirib.

Onun sözlərinə görə, Suriya Prezidentinə Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi vurulub.

Səfir qeyd edib ki, “Sputnik V” peyvəndi artıq Suriyada istifadəsinin üçüncü mərhələsindədir. Diplomat vurğulayıb ki, ilk mərhələdə ölkənin həkimləri və yüksək vəzifəli şəxsləri peyvənd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atam özünə qapanıb, danışmır” –

Sonrakı məqalə

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edib