“Bəşəriyyət üçüncü dünya müharibəsinə bənzər vəziyyətdədir”- BMT

“Bəşəriyyət üçüncü dünya müharibəsinə bənzər vəziyyətdədir”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Baş katibinin ali nümayəndəsi Migel Anxel Moratinos Madriddə keçirilən forumda deyib.

O, sülh haqqında sözlərin təhlükəsizlik haqqında nitqlərlə əvəz olunduğunu görüb və təkcə planeti deyil, həm də bəşəriyyətin özünü xilas etməyə çağırıb.

“Biz bir növ üçüncü dünya müharibəsindəyik. Hamımız deyirik və mən də razıyam ki, planeti xilas etməliyik. Lakin mən həm də iddia edirəm ki, biz bəşəriyyəti xilas etməliyik”, – Baş katibin nümayəndəsi bildirib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Berlində Almaniyanın XİN rəhbərini qəbul edib

Sonrakı məqalə

“Avropa Parlamenti çoxdan rusofob mövqedədir”