Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bəylər Əyyubov Prezident Administrasiyasında yeni vəzifəyə təyin olunub

User 26 Oktyabr 2025 - 11:35 (Last updated: 26 Oktyabr 2025 - 11:35)
beyler

Bu ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin olunması barədə xəbərlər yayılmışdı. Ancaq həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi.

Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.

Bəylər Eyyubovun orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.

General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.

16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub. Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil.

Qeyd edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.

1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin edilib. 2019-cu ildə o azad edilib və Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.

Qeyd edək ki, bu barədə xəbəri daha əvvəl “manset.az” saytı yayıb.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Next: Ronaldo 950-ci qolunu vurub

Oxşar xəbərlər

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00

xƏBƏR

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Restoranın dolu olması həmişə onun yaxşı qazandığını göstərmir. Zalın bütün masaları tutulsa da, ayın sonunda sahibkarın əlində...
Read more about Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.