“Bəzi dövlətlər MDB-də vəziyyəti gərginləşdirməyə çalışır”- PUTİN

Bəzi dövlətlər MDB ölkələrindəki vəziyyəti gərginləşdirməyə çalışır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, xarici qüvvələr legitim hökumətə və ənənəvi dəyərlərə təsir göstərməyə çalışır.

O, terror və mütəşəkkil cinayətkarlıq kimi digər təhlükələrin qaldığını vurğulayıb.
“Bəzi ölkələrin hərəkətləri birbaşa MDB ölkələrində legitim hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa yönəlib”, – Putin bildirib.

Rusiya lideri terrorizm, cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və radikalizmin MDB ölkələri üçün ümumi təhlükə olduğunu vurğulayıb. Putin hesab edir ki, bu problemləri həll etmək və təhlükəsizliyi təmin etmək üçün koordinasiyalı kollektiv reaksiya və çoxlu profilaktik iş lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Laçın şəhərində Zəfər Günü ilə bağlı yürüş keçirilib

Sonrakı məqalə

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib