“Bəziləri kimi Tokioya gəzməyə yox, qızıl medal üçün gəlmişdim” –karateçi Rafael Ağayev

“Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram”.

Qol.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: “Buna baxmayaraq mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım”.

Təcrübəli karateçi finalda hakim haqqsızlığı ilə üzləşdiyini söyləyib: “Mən bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol, deyirəm. Fürsətdən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa onlara çox sağ ol deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaq. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam”.

O, finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.

36 yaşlı idmançı karyerası haqda da danışıb. O, 2025-ci ildə karyerasını bitirəcəyini deyib. Rafael karate məktəbi açmağı düşündüyünü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil” –

Sonrakı məqalə

Türkiyədə 4 bal gücündə zəlzələ olub