Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

B 12 vitamini çatışmazlığı yaddaş zəifliyi yaradır

User 11 Mart 2023 - 10:34 (Last updated: 21 May 2025 - 20:15)
Yaddaş

Yaddaş

Yaddaş zəifliyi və unutqanlıqdan gileylənənlər, əziyyət çəkənlər çoxdur. Stress, depressiya və digər səbəblər yaddaş zəifliyi yaradan səbəblərdir. Yaddaş beyinin ən mühüm funksiyalarından biridir.

Həkim-terapevt Zakir Quliyev deyib: “Uşaq vaxtları və yetkinlik çağlarında da yaddaş zəifliyi müşahidə edilir. Araşdırmalar göstərir ki, onun altında bir çox xəstəliklər yatır. Məsələn, B 12 vitamini çatışmazlığı ciddi yaddaş zəifliyinə aparıb çıxara bilər, hətta kəskin B 12 vitamini çatışmazlığı yaddaşın tamamilə itməsinə səbəb olur. Qalxanabənzər vəzin zəif işləməsi, buna el arasında “tənbəl zob” deyilir – yaddaş zəifliyi ilə nəticələnir. Bunu təbii yollarla yüksəltməyin ən yaxşı yolu qırmızı ətdən istifadə olunmasıdır. Bundan başqa dəniz məhsullarının tərkibində də B 12 vitamini çox olur. Bəzi insanlarda mədə problemi olanda istənilən qədər B 12 vitamini ilə zəngin qidalar yesələr də, orqanizmdə onun miqdarı yüksəlmir. Ona görə belə hallarda onu preparatlarla orqanizmə yeritmək məcburiyyəti yaranır”.

Yaddaş biliklərin, məlumatların, informasiyaların toplanması və lazım olduqda ondan istifadə etməyə xidmət edir. Lakin həmin ardıcıllığın pozulması artıq narahat olmağa zəmin yaradır. Həmin hal dərinləşdikdə bir çox psixoloji hallara aparıb çıxara bilir.

“Yaddaş zəifliyinin birbaşa yaşla əlaqəsi yoxdur. Yaş ötdükcə koqnitiv, əqli funksiyaların tədricən zəifləməsi büruzə verə bilər. Lakin bu o demək deyil ki, çox ciddi şəklidə geri dönməyən yaddaş pozuntularıdır. Qocalma ilə bağlı yaddaş pozuntusu proqressivləşmirsə, eyni dərəcədə qalırsa, sadəcə yüngül formada, davranış dəyişikliyinə səbəb olmursa, ciddi şəkildə həyat keyfiyyətini pozmursa, buna yaşlaşma ilə balı yaddaş pozuntusu deyə bilərik. Amma çox ciddi fəsadlar verirsə, həyat keyfiyyətini pozursa, patoloji hal sayılır”,- deyə həkim-nevropatoloq Mərziyyə Məmmədova bildirib.

Onu da qeyd edək ki, yaddaşsızlıq gündəlik həyatımızda bir çox xoşagəlməz hadisələrlə üzləşdirə bilər.

Post navigation

Previous: Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı –
Next: XİN Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi barədə məlumat yaydı

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.