Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Babam Putini dəstəkləməzdi” –

User 06 Mart 2023 - 19:47 (Last updated: 21 May 2025 - 20:15)
cuqasvili yakov

 “Stalin çətin ki, Kremlin Ukraynada etdiklərini dəstəkləyərdi”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin nəticəsi Yakov Cuqaşvili babasının ölümünün 70 illiyi ilə bağlı deyib.

“Rəsmi Rusiya təbliğatı Ukrayandakı hərbi əməliyyatı Böyük Vətən Müharibəsi ilə eyniləşdirir. Bunun nəticəsində insanlarda belə əminlik yaranır ki, Stalin Rusiya ordusunun və muzdluların Ukraynaya hucumunu dəstəkləyərdi”-deyən Y.Cuqaşvili ildönümü ilə bağlı yazılmış “Stalin bizə qələbə üçün kömək etməlidir” məqaləsindəki tezislərə etirazını bildirib.

Məqalədə qeyd edilir ki, “Stalin Rusiyaya işləməli, qələbədə bizə yardım göstərməlidir. O sağ olsaydı özü də bunu istəyərdi”.

Y.Cuqaşvili bildirib: “Stalin çətin ki, Kremlin Ukraynada etdiklərini dəstəkləyərdi. Gəlin bir anlıq düşünək. Stalin hazırda baş verənləri görsəydi nə tədbir tökərdi? Nədən başlamalı? Stalin dövlətçi idi. Dövlət isə qanunlarla idarə olunur. Zənnimcə, Stalin ilk növbədə Rusiya Konstitusiyasına baxardı. Orada görəcəkdi ki, Ali Qanunun tələblərinə rəğmən heç bir dövlət qurumunun- Nə Dövlət Duması, nə də Federasiya Şurasının qəbul etdiyi bircə sənəddə belə “Ukrayna”, “müharibə”, “xüsusi əməliyyat” kəlməsi yoxdur. Prezidentin rəsmi saytında isə xüsusi hərbi əməliyyatın başlanmasına dair heç bir fərman yoxdur”.

Y.Cuqaşvilinin fikrincə, Rusiyanın xalq adından çıxış edən heç bir dövlət orqanı Silahlı Qüvvələri Ukraynaya müharibəyə göndərməyib: “Stalin həm də Rusiya Cinayət Məcəlləsinə baxardı. Görək belə hiyləgər yolla rus məmurlar CM-nin “təcavüzkar müharibənin planlaşdırılması, və həyata keçirilməsi” ilə bağlı 353-cü maddəsində nəzərdə tutulan məsuliyyətdən qaçmaq istəməyiblər ki?”.

Y.Cuqaşvilinin sözlərinə görə, Rusiyadan fərqli olaraq ABŞ prezidenti və Konqresi öz qərarlarına görə məsuliyyət daşımaqdan çəkinmirlər.

51 yaşlı Y.Cuqaşvili Stalinin oğlu Yakov Stalinin nəticəsidir. Onun atası Yevgeni Cuqaşvilidir.

Azpost.info

 

Post navigation

Previous: Rusiya ATƏT-ə silahlı qüvvələri haqqında məlumat verməkdən imtina etdi
Next: Güclü külək Astara və Lerikdə bir sıra fəsadlar törədib

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.