Rusiya ATƏT-ə silahlı qüvvələri haqqında məlumat verməkdən imtina etdi- AÇIQLAMA

Rusiya ATƏT-in Vyana sənədi çərçivəsində öz silahlı qüvvələri haqqında məlumat verməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Silahlara Nəzarət Assosiasiyası bildirib.

Vyanada hərbi təhlükəsizlik üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib ki, bu qərar hərbi məlumatların ATƏT ölkələrinin əlinə keçməsinin yolverilməzliyi ilə bağlı qəbul edilib.

Ümumilikdə ordu haqqında illik məlumat mübadiləsini nəzərdə tutan saziş 57 ölkəni əhatə edir.

“Diplomatiyanın əsas prinsipi qarşılıqlılıq prinsipidir. Biz sadəcə olaraq imkan verə bilməzdik ki, Rusiya silahlı qüvvələrinə dair məlumatlar adıçəkilən dövlətlərin əlinə keçsin”, – Qavrilov bildirib.

Rusiya bu qərarı ilə bağlı ATƏT ölkələrini əvvəlcədən xəbərdar edib. Qavrilovun ATƏT-ə göndərdiyi bəyanatda Rusiyanın 2023-cü il üçün silahlı qüvvələri ilə bağlı məlumat verməyəcəyi bildirilib.

Rusiyalı diplomat izah edib ki, bu addım Çexiyanın Rusiya qarşısında öhdəliklərini dayandırmaq qərarı, eləcə də Ukraynanın illik hərbi məlumat mübadiləsində iştirakdan imtina etməsi ilə bağlıdır.

Moskva həmçinin bir sıra Qərb ölkələrini Vyana sənədinin müxtəlif müddəalarına əməl etməməkdə ittiham edib.

Xüsusilə, Rusiya tərəfi ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Estoniya, Litva, İtaliya və Sloveniyanı bir sıra bildirişləri vaxtında təqdim etməməkdə ittiham edir. Eyni zamanda, Polşa, Fransa və Bolqarıstanı Rusiyanı hərbi obyektlərinə dəvət etməməkdə günahlandırır.

Azpost.info

Əvvəlki məqalə

“Yanvar-fevralda Rusiyanın büdcə kəsiri 2,58 trilyon rubl olub”

Sonrakı məqalə

“Babam Putini dəstəkləməzdi” –