Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.
Bunu APA-ya açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.
Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib: “Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.