Bağçalar noyabrın 2-dək bağlandı –

Nazirdən açıqlama
16 Oktyabr 2020 - 12:29

“Bağçalar, musiqi məktəbləri, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrində də fəaliyyətə noyabrın 2-dək fasilə verilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, işğaldan azad edilmiş torpaqlardakı təhsil müəssisəlində də ən yüksək səviyyədə tədrisin təmin olunması istiqamətində işlər görüləcək: “İnanırıq ki, çox qısa zamanda Ordumuz zəfər qazanacaq”.