“Heç bir şərt daxilində Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcəyik” –PREZİDENT İLHAM ƏLİYEV

“Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimiz həmişə konstruktiv və ardıcıl olub. Bu mövqe beynəlxalq hüququn normalarına və BMT-nin 4 qətnaməsinə söykənir. Bu qətnamələrdə erməni qüvvələrinin bizm ərazilərimizdən danışıqsız və dərhal çıxarılması tələb edilir”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Dövlət Başçısı münaqişəyə baxışda Azərbaycan üçün “qırmızı xətt” sayılan məqamları açıqlayıb: ““Qırmızı xətt”ə gəlincə, biz bu barədə Minsk Qrupunun həmsədrlərinə bəyan etmişik. Heş bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz, heç bir şərt daxilində Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”.

“Eyni zamanda bizim təklifdə var ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni və azərbaycanlı icması dinc yanaşı yaşamalıdır. Rusiyada, Gürcüstanda digər ölkələrdə ermənilər və azərbaycanlılar eyni kənddə yaşayır, işləyirlər. Heç bir qarşıdurma da yaranmır. Nə üçün bizdə bu olmasın? Biz bunun tərəfdarıyıq. Amma əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalı, bizim bütün məcbur kökçünlərimiz öz evlərinə qayıtmalıdırlar. Bu bizim mümkün güzəştlərə olan yanaşmamızdır”-deyə İlham Əliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağçalar noyabrın 2-dək bağlandı –

Sonrakı məqalə

Göyçayda qız anasını boğaraq öldürüb