“Bahalaşmanı dayandırmaq üçün təsirli vasitələr yoxdur”- Moldova prezidenti

Sürətlə artan qiymət artımını dayandırmaq üçün kifayət qədər təsirli vasitələr yoxdur. Moldovada inflyasiya digər ölkələrlə müqayisədə niyə daha yüksəkdir? Əvvəla, ona görə ki, bizdə gəlirlər aşağıdır və işığın, qazın qiyməti bu qədər bahalaşanda ailə büdcəsində enerji xərclərinin, eləcə də ərzaq resurslarının payı daha çox olur. Müvafiq olaraq, enerji resurslarının və ərzaq məhsullarının qiyməti qalxdıqda, bu, digər ölkələrin vətəndaşlarından daha tez və daha çox moldovalıların büdcəsinə təsir edir.

Bunu Moldova Prezidenti Maya Sandu söyləyib.

O deyib: “Beləliklə, aşağı gəlirlər inflyasiya üçün bir növ izahatdır. Necə mübarizə aparmalıyıq? Milli Bank öz siyasəti ilə inflyasiya proseslərinin qarşısını almalıdır, lakin bankın tətbiq etdiyi metodların kifayət qədər səmərəli olmadığını görürük. Bu, əsasən enerji resursları üçün idxal inflyasiyasıdır”.

Maya Sandu bildirib ki, bu böhrandan çıxış yolu maaşların artırılması ola bilər.

Əvvəlki məqalə

Özbəkistan Pakistanla təhlükəsizlik komissiyası yaradır

Sonrakı məqalə

Belarus Rusiyadakı səfirini dəyişib