Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib –

User 24 Noyabr 2024 - 09:00 (Last updated: 21 May 2025 - 20:15)
cop29 yekun

Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.

COP29-un saytı xəbər verir ki, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollar azaltmaq potensialına malikdir.

COP29, eyni zamanda, İtki və Zərər Fondunu işə salmağa və Fondun 2025-ci ildə pul vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu.

COP29 Prezidenti Muxtar Babayev deyib: “Bütün dünya Bakıya gələndə insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar yanıldılar. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas iqlim maliyyəsi hədəfinin hər il üç dəfə artırılmasını təmin etdik. Bakı Maliyyə Məqsədi bizim əldə edə biləcəyimiz ən yaxşı sövdələşmədir və biz donor ölkələri mümkün olan qədər önə çəkmişik. Biz qlobal maliyyə strukturunu həmişəlik dəyişmişik”.

Post navigation

Previous: COP29-da 300 milyard dollarlıq razılaşma əldə edildi
Next: Bakıda qurulan “Yaşıl hədəf” –

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.