Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Bu barədə APA-ya sirkin əməkdaşı Mahir Hümbətov məlumat verib. Bu vəzifəyə Elmir Hüseynov təyin olunub.

O, sirkin keçmiş direktoru Vaqif Bağırzadənin martın 7-də vəfat etdiyini bildirib

Yeni direktor E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakıda anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. O, 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Sonrakı məqalə

Əfv komissiyasında indiyədək 1000-ə yaxın müraciətə baxılıb –