Əfv komissiyasında indiyədək 1000-ə yaxın müraciətə baxılıb –YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi”.

Qeyd edək ki, indiyədək komissiya 1000-ə yaxın müraciətə baxıb.

***

08.48

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 850-dən artıq müraciətə baxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

Sonrakı məqalə

Jurnalistlər və sosial media fəalları Qarabağ xanlarının abidə kompleksinə baş çəkib –