“Bakı Metropoliteni”nin idarə rəisi vəzifəsindən azad edilib

“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən hüquq İdarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.

Bir qədər əvvəl isə metronun İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevin vəzifələri dəyişdirilib.  Belə ki, T.Dadaşov aparat rəhbəri, Ə.Əliyev isə İnsan Resursları və Layihələrin İdarəedilməsi Departamentinin rəisi vəzifələrinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AzTV-də Məhəmməd Əmin Rəsulzadənin real görüntüləri yayımlanacaq –

Sonrakı məqalə

İran ABŞ səfirinə sui-qəsd hazırlayır