Bakı metrosunda intihara cəhd

- Anası ilə mübahisə edən qadın özünü qatarın altına atmaq istədi
12 May 2020 - 12:50

Bakı metrosunda intihara cəhd edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 11-i saat 14 radələrində metronun “Nəriman Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.