Bakı metrosunun yeni stansiyası hazırdır –Açılış vaxtı bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.
Bunu modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.
Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:
“Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leyla Əliyeva “Zima-2019” Uşaq Festivalının konsertində iştirak edib –

Sonrakı məqalə

Şirniyyat həvəskarlarına kədərli xəbər –