Bakı Polisi 40 cinayətin üstünü açıb –

Axtarışda olan 13 nəfər saxlanılıb
18 Fevral 2020 - 10:09

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb. Onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Azpost.info bildirir ki, bu barədə Bakı Polisi məlumat yayıb.

Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.