Bakı Polisi bu günkü etiraz aksiyası haqqında məlumat yaydı

09 Sentyabr 2020 - 16:24

Bakı şəhər Baş Polis İdarəsi bu gün Bakıda keçirilən aksiya ilə bağlı məlumat yayıb. 

“Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılınlar.

Saxlanılan və ya həbs edilən olmayıb”.