Bakı sakini 15 bıçaq zərbəsi ilə qətlə yetirilib

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu yaşadığı evdə sərxoş vəziyyətdə qohumları ilə mübahisə edib. Mübahisə zəminində onun bədəninin və alınınin müxtəlif nahiyələrinə 15 bıçaq zərbəsi vurulub.

O, çoxlu qan itirərək hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi və Rayon Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb edilib.

İki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Senatı impiçment çərçivəsində Trampa bəraət verib

Sonrakı məqalə

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 124 nəfərə çatıb