Bakı sakini keçmiş sevgilisini qəsdən avtomobillə vurub

10 İyul 2021 - 08:01

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

Hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadın Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.