Bakı, Sumqayıt və Abşeronda quraşdırılmış xüsusi polis postları götürüldü –DİN

“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.

 Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

 O bildirib ki,  həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər: “Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı –

Sonrakı məqalə

“Azərpoçt”un işçiləri işlədikləri şöbədən 55 min manat oğurlayıblar –