Dekabr ayının 21-dən 30-dək Bakı və Abşeronda Yeni il bayram yarmarkaları keçiriləcək.
Bunu “APA-Economics”ə “Dövlət Aqrar Ticarət Şirkəti”nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, yarmarkalar Nərimanov, Binəqədi, Yasamal, Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərəcək.