Bakı və Abşeronda tozun miqdarı normadan artıqdır –NAZİRLİK

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib: “Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır”.

V.Əliyevin sözlərinə görə, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 622 nəfər koronavirusdan sağalıb-

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi –