Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bakı və İrəvana sülh müqaviləsinin şərtlərini diktə etmirik” –

User 09 Noyabr 2022 - 01:20 (Last updated: 21 May 2025 - 20:15)
departament abs

“Biz Cənubi Qafqazda sülhün olduğu gələcəyi təşviq etməyə sadiq qalırıq. İnanırıq ki, davam edən birbaşa dialoq, məsələlərin həllində və regionda dayanıqlı sülhə nail olmaq üçün açardır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib.

O deyib ki, ABŞ-ın prosesdə rolu danışıqları sürətləndirməkdir.

“Tərəflər dünənki görüşdə Bleyer Hausda bir araya gəldilər. Sentyabr ayında biz Nyu-Yorkda görüş təşkil etmişdik”, – deyə Prays bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ölkəsinin bu prosesdə iştirakı Ermənistanla Azərbaycan arasında razılaşmanı tətbiq etmək deyil.

“Bizim gördüyümüz iş, iki tərəfin bir araya gəlməsi üçün məkan və ya fürsət yaratmaqdır ki, tərəflər fikir ayrılıqlarını müəyyən etsin və onları aradan qaldırmağa cəhd etsin. Düşünürəm ki, dünən iki tərəfin görüşü bir çox fikir ayrılıqlarının ortaya çıxmasına müsbət təsir göstərib. Fikrimcə günün sonunda diplomatiyaya davam edib, birbaşa dialoq barədə razılığa gələ biliblər. Bu olduqca vacibdir. Ancaq iki ölkə arasında davamlı sülhü təyin etmək bizim işimiz deyil”,- deyə Prays bildirib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ tərəflərə imzalanmağa hazır olan sənəd təqdim etmir. Bu ölkə diplomatiya yolu ilə tərəflərə kömək üçün əlindən gələn hər şeyi edir.

“Bizim yanaşmamız budur və biz bu modelin effektivliyini nümayiş etdirmişik. Xatırladım ki, bu yaxınlarda İsrail və Livan arasında tarixi razılaşma əldə olundu və ABŞ bu prosesdə sürətləndirici rolunu oynadı. Hər hansı bir sülh müqaviləsinin şərtlərini (ABŞ-ın iştirakçı olmadığı hər hansı bir müqavilənin şərtlərini) təyin etmək, diktə etmək bizim işimiz deyil”, – deyə Prays vurğulayıb.

Post navigation

Previous: Azərbaycanda Dövlət Bayrağı Günüdür
Next: Meyxanaçı Rəşad Dağlı qonşusunu öldürüb –

Oxşar xəbərlər

fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.