Meyxanaçı Rəşad Dağlı qonşusunu öldürüb –Polislər onu saxlayıb

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Əvvəlki məqalə

“Bakı və İrəvana sülh müqaviləsinin şərtlərini diktə etmirik” –

Sonrakı məqalə

Rəşad Dağlının qonşusunu öldürmə səbəbi bəlli oldu