Bakıda əcaib qarət –

Oğrular əcnəbi biznesmenin əlini dişləyib pulunu apardılar
27 Noyabr 2019 - 10:09

Bakıda əcnəbi sahibkar qarət olunub.

Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən “Park Tarqoviy” höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.

Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb qaçıb.

Ali Waqar Basherat həmin şəxslərdən birini yaxalayaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyərək qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən birinin Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Əsgərov Hafiz Habil oğlu olduğu müəyyənləşərək saxlanılıb, digər 3 nəfərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.