Bakıda Əlcəzairin “Şəhidlər Günü” qeyd olunub –FOTO

Əlcəzairin Bakıdakı səfirliyi Əlcəzairin azad və müstəqil yaşaması uğrunda döyüş
meydanında mübarizə aparan milyonlarla şəhidlərin xatirəsinə anım və bayraq
qaldırma mərasimi keçirir.

Azpost.info-ya  bu barədə Əlcəzair səfirliyindən məlumat verilib.
“Şəhidlər gününün qeyd olunması 18 fevral 1990-cı ildə elan edilib. Bu gün hər il fevral
ayının 18-də qeyd olunur. Əlcəzairin azad və müstəqil yaşaması uğrunda həyatını
qurban verən milyonlarla əlcəzairlinin sədaqətini simvolizə edir. Bu həmçinin,
xalqımızın inqilabi keçmişinin əbədiyyət tarixidir.
Hər anım günü 132 illik vəhşi fransız müstəmləkəçiliyindən öz şərəfli keçmişi və böyük
fədakarlıq bahasına azad edilmiş ölkələrinin inqilabi tarixi ilə qoruyub saxlamalı olan
gənc nəsillərə milli tarixin və onun tədrisinin vacibliyini vurğulamaq üçün bir fürsətdir.

Müstəqillik uğrunda bir milyon yarım şəhid 1954-cü ilin son noyabr inqilabı zamanı
şərəf meydanında mübarizə apardı. Əslində, 1830-cu ildən etibarən fransız işğalına
müqavimət göstərən şəhidlərin çoxu Emir Abdelkader, Şeyx əl-Mokrani, Şeyx əl-
Haddad, Şeyx Buamama, Fadhma Sumar və s. başçılıq etdiyi inqilablarda və epik
qiyamlarda həyatlarını qurban verdilər.
Bu qurbanlar Əlcəzair inqilabını bütün əlcəzairlilərin, eləcə də bütün dünya xalqlarının
xatirəsinə həkk etdi və sonrakı nəsillər üçün əcdadlarından qalan azadlığın ölçülməz
bir susuzluğunu və yorulmaz qüruru qoruyumağa bir yol açdı.

Bu gün Şəhidlər günü, öz torpaqlarını geri qaytarmaq uğrunda həyatlarını qurban
verən və öz ölkələrinin azadlığı uğrunda mübarizə aparan azərbaycanlılar kimi,
azadlığı hər şeydən üstün tutan və öz ölkəsinin müstəqilliyi uğrunda həyatlarını qurban
verən əlcəzair şəhidlərinin xatirəsini anmaq üçün qeyd olunur.
Bu gün, Allahın istəyi və şanlı şəhidlərimizin sayəsində, Əlcəzair azad və müstəqildir.
O, beynəlxalq birliyin üzvü statusunu qəbul edir və sülh və çiçəklənən dünya naminə
olan ölkələr sırana qoşulur.
Əlcəzair xalqı şəhidlərimizin böyük qurbanlar verdiyi çiçəklənən gələcəyə gedən yolu
davam etdirəcəkdir. Bu, böyük məqsəddir, lakin dəfələrlə nümayiş etdirdikləri kimi,
əlcəzairlilər bu vəzifənin öhdəsindən gələ bilir və bunu həll edə bilirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Su içən şəxsi zəncirləyən market sahibi həbs edilib

Sonrakı məqalə

Dolların sabaha olan məzənnəsi