Bakıda 11 avtomobil buzda sürüşüb toqquşdü –Xəsarət alanlar var (FOTOLAR)

Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

Hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

Əvvəlcə yolun buz bağlaması “VAZ 2107” markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb.

Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda zəlzələ olub

Sonrakı məqalə

Bayden ABŞ-a gələnlərə qarşı yeni tələblər irəli sürüb