Bakıda 15-20 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub –

VİDEO
24 Fevral 2021 - 11:38

Bakıda zəncirvarı yol qəzası olub.

Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

APA hadisə qəza baş verən ərazidən videogörüntülər təqdim edir.