Bakıda zəncirvarı yol qəzası olub.
Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.
APA hadisə qəza baş verən ərazidən videogörüntülər təqdim edir.