Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bakıda 20-dək bina söküləcək:

User 01 Oktyabr 2026 - 11:45 (Last updated: 01 Oktyabr 2026 - 00:06)
sokuntu

Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20-dir.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov və Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır.

“Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdir. Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib. Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.

Kompensasiya məbləği isə qiymətləndirici şirkət tərəfindən ərazidəki mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir. Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.

Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni olmur. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər”.

AQC sədri əlavə edib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur:

“İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda, investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləği də razılaşdırıla bilər”.

AzPost.az

Post navigation

Previous: ABŞ-da qadının edamına 1 saat qalmış məhkəmə müdaxilə etdi
Next: Evin dəyərini aşağı salan 7 əsas səhv

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib. Bu barədə...
Read more about Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.