Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bakıda ağcaqanadların kökü kəsilib” –

User 12 May 2022 - 14:21 (Last updated: 21 May 2025 - 20:15)
sanapipik

Son iki ildə Bakıya baharın müjdəçisi olan qaranquşlar gəlmir.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirib.

Tahir Kərimov deyib ki, son iki ildə qaranquşların Bakı şəhərinə gəlməməsinin əsas səbəbi pandemiya zamanı aparılan dərmanlamalardır. Məsələ ondadır ki, qaranquşlar əsasən ağcaqanadlarla qidalanan quşlardır, son illərdə isə paytaxtda demək olar ağcaqanadlar tamamilə yoxa çıxıb: “Son iki ildə koronavirus pandemiyası ilə bağlı Bakıda mütəmadi olaraq dərmanlama işləri aparılıb. Buna görə də Bakıda demək olar ki, ağcaqanadların kökü kəsilib. Quşların yaşayışı üçün əsas faktorlar yem mənbəyidir, pandemiya dövrünə də dərmanlama işlərinin aparılması bu quşların dar qida arsenalını məhv etdi. Bu quşların qidalandığı ağcaqanadlar yoxdursa, deməli, o yerdə qaranquşlar da yoxdur”.

Bioloq qaranquşların Bakıya gəlməməsinin digər səbəbinin isə iqlim dəyişikliyi ilə əlaqədar ola biləcəyini deyib: “Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox quş növlərinin yaşayış arealı şimala çəkilib. Güclü istiləşmə səbəbindən Azərbaycanda da bir neçə quş növü itirilmək üzrədir”.

Tahir Kərimov qeyd edib ki, pandemiya ilə bağlı aparılan dərmanlamaya görə qaranquşlarla yanaşı, şanapipiklər də Bakıya gəlmir.

AMEA üzvü onu da əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarında da qaranquşların sayı azalsa da, bu il hansı ərazilərə gəlib-gəlmədikləri ilə bağlı hələ ki, monitorinq aparılmayıb.

Post navigation

Previous: Gömrük Komitəsi sahibkarların müraciətinə reaksiya vermir –
Next: “Finlandiyanın NATO-ya daxil olması Rusiyaya müharibə elanıdır” –

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib. APA xəbər verir ki, bu barədə...
Read more about Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.