Bakıda ağır qəza –

"KamAZ" iki tələbəni vuraraq öldürdü (VİDEO)
11 Dekabr 2019 - 10:04

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza daş bazarı yaxınlığında, “Dörd yol” deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib. (APA)