Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Bakıda ağlagəlməyən fırıldaq: Süni intellektlə “oğlun qəzaya düşüb, pul gətir” tələb olunur –

User 26 Avqust 2024 - 16:43 (Last updated: 21 May 2025 - 20:15)
telefon mes
Bakıda süni intellektin vasitəsilə insanları şantaj edən və qorxudaraq pul qoparan dələduzlar peyda olub.
Azpost.info bildirir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb.
“Fırıldaq uzulu belədir: Valideyninizə zəng gəlir. Dəstəyin o tərəfində sizin səsin süni intellekt ilə klonlanmış variantı danışır. Sizin səsinizlə valideyninizə qəza törətdiyinizi, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuzu deyirlər. Klonlanmış səslə danışan valideyndə sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.
Valideyndən təcili formada pul istənilir. Bütün əldə olan pullar hamısı xəstəxana xərcləri üçün tələb olunur. İnandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır”.
Növbəti mərhələdə oğul atasına deyir ki, özü gələ bilmir, pul üçün adam göndərir.  Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır.
“Film kimi senari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksiumum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.
DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bununla bağlı məlumatlıdırlar: “Tədbirlər görülür. Bu istiqamətdə məlumatlar yaymışıq. Əməli törədən, kuriyer kimi istifadə olunan onlarla şəxs müəyyən edilərək saxlanılıb”. 
Pərdəşünasın status ilə bağlı şərh yazan istifadəçilər bu fırıldaqçıların qurbanı olmuş şəxsləri və bir sıra faktları sadalayıblar.

Post navigation

Previous: Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib
Next: Sabirabadda 49 yaşlı qadın öldürülüb, 17 yaşlı oğlan saxlanılıb

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.