Bakıda avtoparklarla bağlı yeni sistem tətbiq ediləcək

Bakıda kifayət qədər avtoparklar olsa da, onlar arasında əlaqəlilik zəifdir.

Bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, avtoparklar arasında əlaqələrin tənzimlənməsi üçün yeni sistem tətbiq ediləcək.

“Avtoparklar arasında əlaqəlilik tərəfimizdən təmin ediləcək”.

A.Rzayev əlavə edib ki, 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib və bu proses davam edəcək(trend).

Əvvəlki məqalə

Qaxda qar örtüyünün hündürlüyü 11 santimetr olub

Sonrakı məqalə

Rusiya ilk dəfə silah ixracında geriləyib