Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşdü

User 22 Noyabr 2025 - 17:43 (Last updated: 22 Noyabr 2025 - 17:46)
az ermeni gorsu baki

21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.

Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.

“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.

Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmüşlər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunmuşdur. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.

 

AzPost.az

Post navigation

Previous: Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc vəfat edib
Next: Bakıda 4 işçinin ölümünə görə otelin icarədarı həbs edilib

Oxşar xəbərlər

tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01
market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00

xƏBƏR

qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib. Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış...
Read more about Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.