Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüdü –

YENİLƏNİB
03 Oktyabr 2019 - 18:40

Bakıda binada baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

**

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.