Akif İslamzadə ittihamlara cavab verdi:“Peyğəmbərin hədisini mənim adıma yazıblar”

“Mən peyğəmbərin hədisini demişəm. Görün bunlar nə qədər cahildirlər ki, peyğəmbərin hədisini mənim adıma yazıblar. Bu məsələnin bu qədər mənasız şişirdilməsinin səbəbi cahillikdən gəlir”.

Azpost.info bildirir ki, bu fikirləri open.az-a  açıqlamasında xalq artisti Akif İslamzadə deyib.

Akif İslamzadə son günlər onun adının ətrafında yaradılan süni qalmaqaldan narahat olduğunu bəyan edib: “Əvvəla bu fikrə aydınlıq gətirmək lazımdır. Mən fikrimi başqa cürə izah edib, başqa şeydən başlamışdım. Dünya alimləri, elə din alimlərinin özləri də deyirlər ki, bizlər tarixin sonuna gedirik. Elə hekayənin də sonuna yaxınlaşırıq. Dəccalın ortaya çıxmasından əvvəl əlamətlər var. O əlamətlərdən biri də qadının vəzifədə olması, iş başına keçməsi, kişilərin zəifləməsi və.s.dir. Və bundan sonra da peyğəmbərin hədisi var. Peyğəmbərin meracından sonra ondan soruşublar və peyğəmbər də cavab verib ki, cəhənnəm əhlinin əksəriyyətini qadındır. Bunun mənə nə dəxli var. Mən peyğəmbərin hədisini demişəm. Gör bunlar nə qədər cahildirlər ki, peyğəmbərin hədisini mənim adıma yazıblar. Siz dünyaya bir fikir verin. Hələ bəşər tarixində belə mənəviyyatsız dövr olmayıb. Cahillik, cadu, dünyada gey-paradların keçirilməsi və s. bunların hamısı bir məqsədə – Ailə institutunun dağıdılmasına xidmət edir. Mən bu məsələləri qabardıb, bunun fonunda peyğəmbərin hədisini misal çəkmişəm. Bunlar isə peyğəmbərə aid olan fikirləri mənim adıma çıxıblar. Özü də paradoks ondadır ki, mən Akif Səmədzadənin kitabının prezentasiyasına getmişdim. Orada əyləşmişdim. Gördüm ki, qadınlar ayaq üstə dayanıblar. Qalxıb, yerimi qadınlara verib, özüm bayıra çıxdım. Və mənim bu hərəkətimdən sonra da yazıblar ki, “Akif İslamzadə qadınların cəhənnəmlik olduğunu deyir”. Yəni mən o dərəcədə tərbiyəsiz adamam? Sonra cümlədə yazıblar ki, “peyğəmbərlərimizin meracında” bunlar nə qədər cahil, avamdırlar, peyğəmbərlərimizin meracı olmur. Sonuncu peyğəmbərin meracı var. Yəni cəm şəkildə yox, tək şəkildə yazılmalıdır. Bu gün mənə çoxlu zənglər olub. Hətta təklif edirlər ki, bəlkə məhkəməyə müraciət edəsiniz… Mən, cahil adamı məhkəməyə verə bilmərəm. İnanmıram ki, məni yaxından tanıyan adamlar elə düşündüyümü fikirləşsinlər. Əksinə. Mən həmişə demişəm ki, güclü kişinin arxasında müdrik qadın dayanır. Məni təəssüfləndirən odur ki, sənət adamları da Akif İslamzadənin belə dediyini düşünürlər. Bunu mən deməmişəm. Bu fikirlər Peyğəmbərin hədisidir. Açıb, oxuyub, tanış olsunlar. Mənim fikirlərimi dinə bağlayan adamlara demək istəyirəm ki, din dövlətdən ayrıdır. Doğrudur? Din dövlətdən ayrı olandan sonra bəlkə cinayətlər azalıb? İnsanlar bəlkə ədəb-ərkanlı olublar? Elə din dövlətdən ayrı olduğuna görə bu gündəyik. Allahın göndərdiyi qayda-qanunu qoymuşuq kənara, insanın icad etdiyi qayda-qanunla iş görürük. Dünyaya baxın, görün nə gündədir?…” deyən Akif İslamzadə son günlər onun haqqında yayılan fikirlərə münasibət bildirərkən bunları açıqlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident təhsil işçilərinə fəxri ad, medal verdi –

Sonrakı məqalə

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüdü –