Bakıda 11 yaşlı uşağını başından bıçaqlayan ata tutulub.
Oxu.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, İsmayılov Fikrət saxlanılıb.
Uşaq isə ailədən alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirmişdi.
Azyaşlının anası açıqlamasında bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçilik etməyə məcbur edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.
Belə ki, 11 yaşlı yeniyetmənin dilənmək istəməməsi bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.