Bakıda evdən 220 min manatlıq oğurluq edən şəxs saxlanılıb

04 Fevral 2021 - 13:00

Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi  16-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.