Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Bakıda evi sökülənlər artır –

Orkhan Ali 15 Fevral 2025 - 18:20 (Last updated: 21 May 2025 - 20:15)
1739610607_sokuntuuu

Keçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək.

Suraxanı rayonu üzrə 1 127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5 771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2 016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3 028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1 779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1 174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

AzPost “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Kirayə ev axtaranların sayı artacaq

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: “Bu proses şirkətlərə baha başa gəlir. Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir”.

M.Rüstəmov söküntülərin kirayə mənzil bazarına da ciddi təsir edəcəyini proqnozlaşdırır: “Əvvəllər kirayə mənzillərə daha çox tələbələr müraciət edirdi. Amma son iki-üç ildir kirayə axtaranlar sadəcə tələbələr deyil. Söküntü səbəbindən kirayə qalmağa məcbur olan insanlar da artır. Əvvəl kirayə mənzil axtaranda əşyalı evlərə üstünlük verərdilər. İndi isə insanlar binaları tikilənə qədər qalmaq üçün mənzil axtarırlar. Əşyalarını yerləşdirmək üçün də boş mənzillərə üstünlük verirlər”.

“Tələb təklifi həddindən artıq üstələyir”

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov da razılaşır ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır: “Belə ki, tələb təklifi həddindən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar bilirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəllər bazara 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum yeddi-səkkiz olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər, çünki seçim azdır. Kirayə elanı paylaşılan mənzil maksimum iki-üç saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyətini əşyasız kirayə verirlər”.

A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz söküntü işləridir: “Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır. Qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur”.

Qiymət artımı bir neçə il davam edəcək

Ekspert planlaşdırılan söküntülərlə əlaqədar yaxın gələcəkdə Bakıda kirayə qiymətlərinin enməsinin mümkünsüz olduğu qənaətindədir: “Əksinə, düşünürəm ki, Bakıda kirayə qiymətləri hələ bir neçə il də artmaqda davam edəcək. Kirayə qiymətləri yalnız Bakıda reallaşdırılan pilot layihələr bitdikdən sonra enə bilər. Evləri hazır olan sakinlər mənzillərinə köçəcək, yeni tikilən binada da kirayəyə çıxarılan mənzillər olacağı üçün buna ümid edə bilərik. Amma yaxın illərdə gözlənilmir”.

A.Nəsirovun sözlərinə görə, eyni səbəbin satış bazarına da təsir etdiyini söyləmək olar: “Satış bazarında da qiymət artımları davam edir. Keçən il 20 faizə qədər qiymət artımları müşahidə edildi. Satış bazarı üçün də ucuzlaşma mümkünsüzdür. 2025-ci il başlayandan da bu tendensiya davam edir. Bəzi vətəndaşlara evləri sökülərkən kvadratına görə pul ödənilir. İnsanlar da mənzil bazarına yönəlir. Beləliklə, tələbat artır, qiymətlər daha da yüksəlir. Pilot layihələr çərçivəsində köhnə binalar söküldükdən sonra yeni binaların tikintisinin gecikməsi də mənzil qiymətlərinə təsir edir. Layihə çərçivəsində tikintilər üş-dörd il çəkir. Burada tikinti şirkətindən, iş sürətindən, aldığı icazələrdən də çox şey asılıdır. Şəhərdə bəzi ərazilərdə yarımçıq qalan binalar var. Hansı ki, insanlar evlərinə köçə bilmirlər. Pilot layihələr həyata keçirilərkən bəzi vətəndaşların evlərindən çıxmaq istəməməsi kimi məsələlər də prosesi uzadır və gecikdirir. O səbəbdən yaxın günlərdə kirayə bazarında və mənzil satışında qiymət enmələri gözlənilmir”.

Post navigation

Previous: Qış günəşi zərərdir? – Dərinizi qoruyun
Next: Avropanın Ukrayna üzrə danışıqlarda iştirakı mümkünsüzdür

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.