Bakıda gənc oğlan özünü binadan atıb

26 Yanvar 2021 - 14:55

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 20-25 yaşlı oğlan özünü binadan atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.