Bakıda gözətçi bağ evindən 49 min manat oğurlayıb

01 Aprel 2020 - 12:04

Bakıda bağ evidən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49 000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılıb.