Bakıda havada toz dumanı müşahidə olunur –Hidrometeorologiya Xidməti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.
Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.
Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Rövşən Əkbərovun oğlu məhkəmədə vəkil Elçin Sadıqova hücum edib

Sonrakı məqalə

Nazim İbrahimov məhkəmədə ifadə verdi –